start page-title -->

Xəbərlər

Yeniliklərlə tanış olun.

Kamandar Nəsibov “VƏTƏN ÖVLADI” ordeni ilə təltif edildi

Kamandar Nəsibov “VƏTƏN ÖVLADI” ordeni ilə təltif edildi

 29 Dekabr 2024-cü il tarixdə "Azərbaycan Dünyası" beynəlxalq jurnalının Kamandar Nəsibova həsr edilən növbəti xüsusi buraxılışının təqdimatı olmuşdur. Təqdimat zamanı “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin İdarə Heyətinin 20 Dekabr 2024-cü il tarixli qərarı ilə, xalqına və peşəsinə sadiqliyi, haqq və ədalət yolunda göstərdiyi qətiyyətli mövqeyi, eləcə də Vətəninə verdiyi misilsiz töhfələrinə görə hüquqşünas, vəkil və layiqli şəxsiyyət Kamandar Rəfi oğlu Nəsibov “VƏTƏN ÖVLADI” ordeni ilə təltif edilmişdir. Orden "Dədə Qorqud" milli fondunun rəhbəri, "Azərbaycan Dünyası" beynəlxalq dərgisinin təsisçi və baş redaktoru Eldar İsmayılov tərəfindən təqdim olunmuşdur.