
Avropa Ədalət Mühakiməsi Gününə həsr olunan Cübbələr sərgisindən foto reportaj
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə Bakıda “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirildi.
Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil və hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunmuşdur.