start page-title -->

Haqqımızda

Bizim Büronun tarixi

KAMANDAR NASIBOV & PARTNERS

Müştərilərimizin yüksək keyfiyyətli hüquqi xidmətlərdən istifadə etmək, peşəkar vəkillərdən məsləhət almaq və aldıqları xidmətlərin dəqiq olmasına qəti əmin olmaq imkanı əldə edə bilmələri üçün biz müxtəlif hüquq sahələrinin təcrübəli mütəxəssislərini bir kollektivdə birləşdiririk. Bunlar həm ixtisaslı hüquqşunaslar, həm də təcrübəli və nüfuzlu vəkillərdir.

KNP Vəkil Bürosu ixtisaslaşmış vəkil, hüquqşünas və məsləhətçiləri ilə yerli və xarici müştərilərinə mülki hüququ, bank və maliyyə hüququ, enerji qanunvericiliyi, cinayət hüququ, tikinti və infrastruktur investisiyaları, kommersiya və inzibati məhkəmə iddiaları, vergi mübahisələri və məhkəmə çəkişmələri kimi geniş spektrdə xidmət göstərən yerli vəkil bürosudur.

Missiyamız - etibarlı və dəqiq hüquq xidmətlərini yanlız qanunvericilik norması ilə deyil, həm də Vəkil və Vəkillik fəaliyyəti haqqında Qanuna uyğun olaraq etik standartlar ilə təmin etməkdir.

Müştərilərimizin və onların layihələrinin maraqlarını daim diqqətdə saxlayan etibarlı vəkil və hüquqşünas kimi mövqeyimiz bu sahədə güclü tərəflərimizdən biridir.

“KNP” Vəkil Bürosunun hədəfi müştərilər üçün hüququn bütün sahələrində etibarlı, peşəkar və nəticəyönümlü xidmət göstərməkdir. Bunun üçün komandamız məqsədyönlü şəkildə inkişaf etməkdə davam edir və müştərilərə istənilən sahədə hüquqi yardım və bütün məhkəmə instansiyaları və dövlət qurumlarında müştərilərin maraqlarının təmsil edilməsi kimi peşəkar və keyfiyyətli hüquqi xidmətlər göstərir.

Əsas məqsədimiz müştərilərimizə qarşılıqlı etimad münasibətləri yaratmaqla onların fəaliyyətlərini təkmilləşdirmək üçün onlara dəyər əlavə etməkdir. Bizi fərqləndirən ən mühüm keyfiyyətimiz hər bir müştərimizin ehtiyaclarına diqqətlə yanaşmaq və onların məqsədlərini başa düşmək və müştərilərimizi hazırda və gələcəkdə çatmaq istədikləri nöqtəyə çatdırmaqdır. Hüququn bütün sahələrində təcrübəli olan komandamız təqdim etdiyi xidmətlərin hər bir mərhələsinə ciddi şəkildə diqqət yetirir və təcrübələrini müştərilərimizə ötürməyi hədəfləyir.

KNP Vəkil Bürosu müştərilərinə azərbaycan, ingilis və rus dillərində xidmət göstərir.



Bizim büro

“Kamandar Nəsibəv və Partnyorları” Vəkil Bürosunun (KNP) rəsmi açılış mərasimi 8 dekabr 2021-ci ildə baş tutmuşdur.

“Kamandar Nəsibəv və Partnyorları” Vəkil Bürosu 2021-ci ilin aprel ayından etibarən yeni ofisində fəaliyyət göstərir. Büronun rəhbəri və təsisçilərindən biri tanınmış vəkil və 1993-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur.

Vəkil Bürosunun yaradılmasının məqsədi peşəkar vəkillər və xüsusilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni üzv olmuş gənc vəkil və hüquqşünasların fəaliyyəti üçün müvafiq şəraitin yardılmasıdır. Belə ki, müasir və minimalist dizayna malik olan yeni ofisdə müasir texnoloji avadanlıqlarla yanaşı 25-dən çox vəkil və onların köməkçiləri üçün iş kabinetləri və fəaliyyətlərini həyata keçirmək üçün tələb olunan bütün şərait mövcuddur. Yeni tikilmiş binada yerləşən KNP Vəkil Bürosunun dizaynı tanınmış arxitektor tərəfindən xüsusi olaraq Büronun fəaliyyət növünün özəllikləri nəzərə alınmaqla yaradılmışdır.

İki mərtəbədən ibarət olan ofisdə vəkil kabinetləri, kiçik və böyük iclas otaqları, müştərilər və qonaqlar üçün gözləmə zonaları, arxiv, hər mərtəbədə mətbəx, dincəlmə otaqları və muzey yaradılmışdır. Kabinet və iclas otaqları müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub. İclas otaqlarında video konfrans, təlim, təqdimat, offlayn və onlayn iclasların keçirilməsi üçün audio və video konfrans imkanı olan müasir, yüksək keyfiyyətli audio avadanlıq, əllə toxunuluşlu (touch screen) və qələmli lövhə funksiyalı böyük ölçülü monitorlarla təhciz olunub. Belə bir Vəkil Bürosunun yaradılması Azərbaycanda ilk dəfə həyata keçirilir.

Qeyd olunanlarla yanaşı, büronun tərkibində Balıqqulağı (Sea shells) muzeyi də fəaliyyət göstərir. Büronun əməkdaşlarının dincəlməsi üçün “okean dərinliklərinə” baş vuraraq, dəniz səsini dinləyərək mənəvi dincəlmək imkanı olacaq. Muzeyin kolleksiyasında 10 minə yaxın eksponat yerləşir. Muzeydə yerləşən böyük monitorda okean dərinliklərinin sirli dünyası ilə tanışlıq 8K videosu nümayiş olunur.

Son media xəbərlər

Son xəbərlər

Bizimlə əlaqə ücün

+994(55) 221-47-74
+994(12) 377-12-02/03/04