start page-title -->

Komandamız

Komandamız

Kamandar Nəsibov

Kamandar Nəsibov

 “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun təsisçisi və direktorudur. O, mülki hüquq, kommersiya, korporativ, tikinti, kommersiya və əqli hüquq sahəsində ixtisaslaşmışdır və 40 ildən artıq hüquqi təcrübəyə malikdir.

1989-cu ildə Perm Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 sentyabr 2010-cu il tarixli qərarı ilə ona “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.

İş fəaliyyətinə Perm Vilayətinin Daxili İşlər İdarəsində başlamışdır. Daha sonra “Azneft” Şirkətində Hüquq şöbəsinin müdiri, Bakı şəhər İcra Hakimiyyəti nəzdində Baş Mənzil İstismar İdarəsində hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Daha sonra Xətai Rayon İcra Hakimiyyəti Mənzil İstismar İdarəsinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1993-cü ilin aprel ayından etibarən Vəkillər Kollegiyasının üzvüdür.