start page-title -->

Komandamız

Komandamız

Vüqar Əliyev

Vüqar Əliyev

KNP Vəkil Bürosunun vəkilidir və 10 ildən artıq hüquqi təcrübəyə malikdir. 2015-ci ildə Naxçıvan Dövlət Universitetin Hüquq Fakültəsinin bakalavr pilləsini müvəffəqiyyətlə bitirmişdir.

2016-2019-cu illərdə “Legal Standart” MMC-də hüquqşünas və “Dəmirbank” ASC-də Məhkəmə orqanları ilə iş şöbəsində hüquqşünas olaraq çalışmışdır.

Daha sonra Əmanətlərin Sığortalanması Fondunda ləğv prosesində olan “TexnikaBank” Açıq Səhmdar Cəmiyyətində baş hüquqşünas və şöbə müdiri vəzifələrində, ləğv prosesində olan “Kredobank” Açıq Səhmdar Cəmiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2019-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Vugar ailə hüququ, cinayət hüququ, mülki hüquq, əmək hüququ, maliyyə hüququ və vərəsəlik hüququ sahələri üzrə ixtisaslaşmışdır.