start page-title -->

Komandamız

Komandamız

Aygün Məmmədova

Aygün Məmmədova

“Kamandar Nəsibov və Partnyorları”  Vəkil Bürosunun Partnyorudur.

2008-ci ildə Qərb Universitetinin “Hüquq” fakültəsini Bakalavr pilləsi üzrə bitirmişdir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət hüququ” fakültəsini fərqlənmə ilə Magistr pilləsi üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 2005-ci ildən başlamışdır. Universitetdə təhsil aldığı müddətdə Hüquq Klinikasında “tələbə-məsləhətçi” kimi çalışmış, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərmişdir.

Bir neçə dövlət orqanında, o cümlədən Xarici İşlər Nazirliyində, Nəsimi rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ədliyyə Nazirliyində, Ali məhkəmədə çalışmışdır.

2016-cı ildən hazıradək “Renessans Konsaltinq” MMC-də “Hüquqşünas” vəzifəsində işləyir.

2021-ci il tarixindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.