start page-title -->

Biz Mediada

Haqqımıızda Mediada məqalələr

"Vəkillik institutunun inkişafı bu sahəyə marağı artırıb"

"Son illər Azərbaycanda vəkillilik institutunun inkişafı bu sahəyə olan marağı artırıb".

E-huquq.az xəbər verir ki, bu sözləri “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Şaiq Mirzəyev “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.

Büronun rəhbərliyinə və əməkdaşlarına uğurlar arzulayan Ş.Mirzəyev müasir tələblərə cavab verən vəkil bürolarının açılmasının vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsində mühüm rol oynadığını deyib: "Əvvəllər vəkilliyə o qədər də maraq yox idi. Hüquqşünaslar daha çox hüquq-mühafizə orqanlarında işləməyə can atırdı. Amma indi vəkillik institutunun inkişafı bu sahəyə marağı artırıb. Hörmətli Anar müəllimin sədrliyi ilə bu sahədə çox böyük işlər görülüb. Anar Bağırov kimi sədrimizin olması biz vəkillərdə peşəmizə sevgi və əminlik yaradır. Kamandar müəllim isə vəkillər üçün bir nümunədir. O çox peşəkar vəkildir. Mən Kamandar müəllimə və onun kollektivinə uğurlar arzulayıram".

Son media xəbərlər