Korporativ hüquq
KNP Vəkil Bürosunun korporativ hüquq üzrə mütəxəssisləri korporativ proseslərin bütün spektrini dəstəkləməkdə böyük təcrübəyə malikdirlər. Şirkətimiz biznesin təşkilati strukturunun transformasiyasını və onun maliyyə-təsərrüfat fəaliyyətinin optimallaşdırılmasını əhatə edən tədbirlərin həyata keçirilməsinə, biznes şirkətlərində istənilən fəaliyyət və idarəetmə məsələləri üzrə təşkilati tədbirlərin həyata keçirilməsinə kömək edəcəkdir.
Biz tam dövrəli hüquqi xidmətlər təqdim edirik: şirkətlərin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin hazırlanmasından məhkəmə və digər dövlət orqanlarında müştərilərimizin maraqlarının təmsil olunmasına qədər.
Xidmətlərimiz:
- Korporativ yenidənqurma və idarəetmə;
- Mövcud müəssisə idarəetmə strukturunun yoxlanılması;
- Korporativ müqavilələr və səhmdar müqavilələri;
- Korporativ mübahisələr və məhkəmə çəkişmələri;
- Mübahisələrin alternativ həlli - Arbitrasiya;
- Şirkətin idarəetmə orqanlarının fəaliyyətini tənzimləyən daxili sənədlərin işlənib hazırlanması;
- Yeni korporativ struktura uyğun olaraq biznes sahibləri arasında səhmdar müqavilələrinin hazırlanması;
- Müəssisələrin alqı-satqısı üzrə əməliyyatlar. Birləşmələr və satınalmalar;
- Şirkət sənədlərinin hüquqi ekspertizası;
- Sövdələşmələr üçün zəruri sənədlərin hazırlanması (çərçivə müqavilələri - niyyət məktubu, niyyət müqavilələri, səhmdar müqavilələri, məxfilik müqavilələri, alqı-satqı müqavilələri və s.);
- Sahibkarlar və xarici investorlar arasında müqavilələrin hazırlanması;
- İnvestisiyalar və investisiya əməliyyatlarına dəstək.