Kommersiya hüququ
Uğurlu biznes etibarlı və peşəkar kommersiya müqavilələri tələb edir.
KNP-nin kommersiya komandası kommersiya müqavilələri, satınalmalar, iformasiya texnologiyaları, e-ticarət və rəqabət də daxil olmaqla geniş çeşidli kommersiya xidmətləri üzrə məsləhət verən mütəxəssis hüquqşünaslardan və vəkillərdən ibarətdir.
Kommersiya təcrübəsi KNP Vəkil Bürosunun əsas fəaliyyət istiqamətlərindən və ixtisaslaşdığı sahələrdən biridir. Hüquqşünaslarımız şirkətlərin lazımi hüquqi ekspertizasının aparılması, müxtəlif fəaliyyət sahələrində şirkətlərin biznes fəaliyyəti zamanı yaranan müxtəlif məsələlərin praktik həlli, investisiya layihələrinin dəstəklənməsi, satınalmalar prosesi zamanı təchizat müqavilələri, diler və distribütor, marketinq, birgə fəaliyyətlə bağlı müqavilələr və digər əqdlər üzrə zəngin təcrübəyə malikdir.
Bizim hüquqşünaslarımız həm yerli, həm də xarici qanunlar əsasında bağlanmış müqavilələrin tərtibi və danışıqlarında böyük təcrübəyə malikdirlər. Biz müştərilərimizə əməliyyatların strukturlaşdırılması, kommersiya müqavilələrinin və siyasətlərinin hazırlanması və xarici yurisdiksiyalar üzrə məsləhətlərin verilməsi daxil olmaqla, istənilən mürəkkəblikdə olan yerli və beynəlxalq layihələrində köməklik göstəririk.
Biz kommersiya işlərinin əhəmiyyətini başa düşürük və biznesinizin uzunmüddətli uğurunu dəstəkləyərək, qarşılıqlı faydalı tərəfdaşlıq yaratmağa çalışacağıq. Nəticələrə əsaslanaraq, biz yüksək keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı sizin biznesinizə dəyər qatmağı hədəfləyirik.
Xidmətlərimiz
Müqavilə imzalanmadan öncə və sonra müqavilə işləri, ilkin sənədlərin (niyyət protokolu, anlaşma memorandumu, ilkin razılaşma və s.) hazırlanması;
Bütün növ kommersiya müqavilələrinin tərtibi (yerli və xarici qanunvericiliklə tənzimlənən) və müqavilələr üçün əlavə sənədlər (təhvil-təslim aktları, müqavilə müddətinin uzadılması, yenilənməsi və xitamı);
Şirkətdaxili kommersiya siyasəti və prosedurlarının işlənib hazırlanması;
Müqavilə münasibətlərindən irəli gələn hüquqi və kommersiya risklərin müəyyən edilməsi və təhlili, müqavilələrin ekspertizası;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətində istifadə olunan standart müqavilələrin işlənib hazırlanması;
Müqavilə münasibətləri ilə bağlı mübahisələrdə məhkəmələrdə müştəriləri təmsil etmək.